Azərbaycan cüdo millisinin Bakıda keçiriləcək “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb.
Newsport.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda Azərbaycanın 33 idmançısı iştirak edəcək. Onlardan 22-si kişi, 11-i qadın cüdoçudur.
Qeyd edək ki, “Böyük Dəbilqə” 16-18-i fevral tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.
Kişilər
60 kq: Balabəy Ağayev, Turan Bayramov, Əhməd Yusifov, Nazir Talıbov
66 kq: Yaşar Nəcəfov, Kamran Süleymanov, Rəşad Yelkiyev, İslam Rəhimov
73 kq: Hidayət Heydərov, Rəşid Məmmədəliyev, Nurlan Osmanov, İbrahim Əliyev
81 kq: Səid Mollayi, Zelim Tçkayev, Ömər Rəcəbli
90 kq: Murad Fətiyev, Elcan Hacıyev, Vüqar Talıbov
100 kq: Zelim Kotsoyev, Əjdər Bağırov
+100 kq: Uşanqi Kokauri, Kənan Nəsibov
Qadınlar
48 kq: Leyla Əliyeva, Könül Əliyeva
52 kq: Gültac Məmmədəliyeva, Aydan Vəliyeva, Xədicə Qədəşova
57 kq: Fidan Əlizadə, Açelya Toprak
63 kq: Aytac Qardaşxanlı
70 kq: Südabə Ağayeva, Günel Həsənli
+78 kq: Nigar Süleymanova