Azərbaycanlı badmintonçu: "Komandamız Bakıdakı yarışa hazırdır"

"Komanda şəkildə yarışa tam olaraq hazırıq".

Newsport.az xəbər verir ki, bunu Azərbaycan badmintonçusu Vaqif İsmayılov Bakıda keçiriləcək "Azerbaijan International 2024" turniri ilə bağlı federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

İdmançı lisenziya xarakterli yarışda 50-dən çox ölkənin təmsilçilərinin mübarizə aparacağını xatırladıb: "Məşqlərimiz qaydasındadır. İlk görüşüm hindistanlı rəqibə qarşı olacaq. Bu qarşılaşmaya çox hazırlaşmışam. Yaxşı nəticə qazanacağıma ümid edirəm".

Qeyd edək ki, "Azerbaijan International 2024" turniri fevralın 8-11-i aralığında Bakı İdman Sarayında keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right