Azərbaycanın 9 ağırlıqqaldıranı Avropa çempionatında iştirak edəcək

Azərbaycan ağırlıqqaldırma millisi Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına 9 idmançı ilə yollanacaq.

Newsport.az-ın Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, onlardan 8-i kişi, 1-i isə qadın ağırlıqqaldıran olacaq.

İsa Rüstəmov, Tehran Məmmədov (hər ikisi 67 kq), Ömər Cavadov (73 kq), Ravin Alməmmədov, Füqan Əliyev (hər ikisi 81 kq), Nurlan Məmmədzadə (89 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) kişilər, Nazilə İsmayılova (45 kq) isə qadınlar arasında yarışda qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatı fevralın 12-20-si aralığında baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right