Qazaxıstan millisinin baş məşqçisi: "Azərbaycan çox gözəl ölkədir"

"Azərbaycan çox gözəl ölkədir".

Newsport.az-ın məlumatına görə, bunu Bakıda təlim-məşq toplanışında olan idman gimnastikası üzrə kişilərdən ibarət Qazaxıstan millisinin baş məşqçisi Aleksandr Kim Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis paytaxtımıza 6 idmançı, 3 məşqçi, 1 həkim və 1 masajçıdan ibarət heyətlə gəldiklərini bildirib: "Burada şərait yaxşıdır və idman alətləri çoxluq təşkil edir. Həmçinin Avropa və dünya standartlarına cavab verən SPIETH brendinə məxsus gimnastika alətləri mövcuddur. Rahatlıq baxımından da bu zal, deyərdim ki, mükəmməldir. Hazırda keçirilən təlim-məşq toplanışında ən məşhur gimnastımız Milad Kərimi də iştirak edir. O, son dünya çempionatında sərbəst hərəkətlərdə bürünc medal əldə edib. Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısıdır və Paris-2024 olimpiadasına vəsiqə qazanıb. Burada ölkəmizi təmsil edən idmançılarımızın hər biri böyüklərdən ibarət Qazaxıstan millisinin üzvləridirlər".

O, hazırda komandasının Qahirədə keçiriləcək Dünya Kubokuna hazırlaşdığını söyləyib: "Federasiyanızla yüksək səviyyəli əlaqələrimiz mövcuddur. Hər şeyə görə təşəkkür edirik. Biz burada texniki məşqlər edir, alətlər üzərində işləyirik. Dünya Kubokuna hazırlığımız yaxşı gedir. İnanıram ki, digər gimnastımız da olimpiadaya vəsiqə qazanacaq. Bunun üçün 3 Dünya Kubokunun ikisində qalib gəlməsi kifayətdir. Kişi idman gimnastikası üzrə baş məşqçinizi və yığma komandanızın bütün üzvlərini tanıyıram. Gimnastlarınız çox güclüdürlər. Ümid edirəm ki, Azərbaycan təmsilçiləri də halqalar və çoxnövçülük üzrə Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right