Məmmədyarov gerilədi, Rəcəbov irəlilədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq siyahısını açıqlayıb.

Newsport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov (2723 xal) iki sıra geriləyib. O, hazırda 26-cıdır.

Teymur Rəcəbov (2723 xal) 2 pillə irəliləyib və 25-ci yerdə qərarlaşıb.

Bir pillə geriləyən Rauf Məmmədov (2651) 88-ci, yenidən "100-lüy"ə qayıdan Nicat Abasov (2641) 96-cıdır.

Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2830) başçılıq edir. ABŞ-lı Fabiano Karuana (2804 xal) 2-ci, Hikaru Nakamura (2788 xal) isə 3-cüdür.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2449) 26-cı sıradakı yerini qoruyub. Ülviyyə Fətəliyeva (2384) 65-ci, Gövhər Beydullayeva (2374) 76-cı, Gülnar Məmmədova (2351) 100-cüdür.

Çinli Yifan Hou (2632) reytinqdə birincidir. İkinci pillədə onun həmyerlisi Venyun Yu (2559) yer alıbsa, hindistanlı Humpi Koneru (2554) üçüncüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right