Azərbaycan cüdoçuları Qran Pri turnirində 5 medal qazandı

Yanvarın 26-28-də Portuqaliyanın Odivelas şəhərində 2024-cü ilin Dünya Cüdo Turunun ilk yarışı keçirilib.

Newsport.az xəbər verir ki, turnirdə 90 ölkədən 624 idmançı iştirak edib, Azərbaycan 15 idmançıdan ibarət heyətlə təmsil olunub.

Azərbaycan cüdoçuları turnirdə 1 gümüş və 4 bürünc medal qazanaraq, medal əyarına görə ümumi hesabda 9-cu, kişilər arasında isə 5-ci yeri tutub.

Qran Pri turnirinin ilk günündə kişilər arasında -60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov üçüncü yer uğrunda döyüşdə Qamzət Zayrbekovaya (fərdi neytral idmançı) qalib gələrək bürünc medalı təmin edib.

-66 kq çəki dərəcəsində Kamran Süleymanov üçüncü yer uğrunda görüşdə Monqolustan idmançısı Basxu Yondonperenleyi məğlub edərək bürünc medala sahib olub. Monqolustanlı rəqibi Yondonperenley ikiqat Dünya mükafatçısıdır.

Həmin çəki dərəcəsində Yaşar Nəcəfov gümüş medala sahib olub. O, 1/4 finalda ikiqat olimpiya mükafatçısı (gümüş və bürünc) Cənubi Koreyalı Ba-Ul Ana üzərində qələbə qazanıb.

Turnirin ikinci günündə kişilər arasında -81 kq çəki dərəcəsində çıxış edən Səid Mollayi Özbəkistan təmsilçisi Nurbek Murtozoyevə qalib gələrək bürünc medalı təmin edib.

Üçüncü gün kişilər arasında -90 kq çəki dərəcəsində Elcan Hacıyev üçüncü yer uğrunda mübarizədə İsrail idmançısı Qay Qureviçi məğlub edərək bürünc medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right