Azərbaycan cüdoçuları ilk dəfə dünya kata çempionatında

Azərbaycan cüdoçuları ilk dəfə dünya kata çempionatında iştirak edəcəklər.

Newsport.az Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarış oktyabrın 28-29-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək.

Azərbaycanı 35 ölkədən 300-ə yaxın idmançının qatılacağı yarışda 6 cüdoçu təmsil edəcək. Malik Allahverdiyev, İsmayıl Rzayev, Rafiq Nəcəfov (tori – hücum edən idmançı), Samir İsmayılov, İbrahim Aslanov, Əmrah Əhmədov (uke – hücum edilən idmançı) oktyabrın 28-də böyüklər arasında “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right