Azərbaycanlı hakim Fransa – Portuqaliya matçında

Azərbaycanlı futzal hakimi Hikmət Qafarlı növbəti təyinatı alıb. Newsport.az xəbər verir ki, UEFA 19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsi görüşünü ona həvalə edib.
 
Qafarov bu gün keçiriləcək Fransa – Portuqaliya qarşılaşmasının birinci hakimi olacaq. Ona ukraynalı Mariya Mislovska və italiyalı Çiara Perona kömək edəcək. Massimo Çumbo (İtaliya) isə hakim-inspektor kimi iş başında olacaq.
 
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right