"Bütün oyunlar bizim üçün finala bərabər olacaq" - Joze Alesio

"Mostarda, oyunun keçiriləcəyi arenada ilk məşqimizi keçirdik. Həm zal, həm də oyun zamanı istifadə olunacaq toplar normaldır". 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi  Joze Alesio Da Silva  futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunları ilə bağlı Azərbaycan Futzal Federiyasının saytına açıqlamasında bildirib.

"Komandada atmosfer yaxşıdır, sadəcə, səfərlə əlaqədar az da olsa, yorğunluq var. Əsas problemimiz isə zədəli futzalçıların durumu ilə bağlıdır. Andreu, Katatau, Sinesi və Ramiz Çovdarovun zədəsi var və onlardan hansının bu oyunlarda bizə kömək edəcəyini dəqiq deyə bilməyəcəm. Bununla bağlı həkim qərar verəcək. Əslində, Ramiz Çovdarovun geri döndüyünü demək olar, o, Mostardakı ilk məşqimizdə iştirak etdi. Digər 3 oyunçu ilə bağlı məsələ konkretləşməyib" - deyə o bildirib.

Joze Alesio ilk oyunda İsveç çempionu “Orebro” ilə qarşılaşacaqlarını xatırladıb: "Çətin görüş olacaq. Müxtəlif variantlarımız var. Rəqibimizin də oyununa bir daha baxacağıq. Yenə deyirəm, vacib olan zədəli futzalçılarımızın meydana çıxıb-çıxmamasıdır. Əgər onlardan ikisi bizə kömək edə bilsə, onda yaxşı nəticə qazanacağıq. Komanda olaraq yaxşı hazırlaşmışıq. Bütün görüşlər bizim üçün finala bərabər olacaq, ilk oyun isə xüsusilə”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right