Kateqoriya: Futzal | Tarix: 20.09.2022 17:57
Futzal üzrə dünya çempionatının seçmə qrup mərhələsinə hazırlaşan Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, Aktaudakı "Halyk Arena"da oynanılan matçda rəqib Qazaxıstan seçməsi olub.
Qarşılaşma Azərbaycan komandasının 5:6 hesablı məğlubiyyəti ilə bitib. Yığmanın qollarını De Angelis Conatan, Rafael Vilela (3) və qapıçı Emin Kürdov vurub.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün eyni rəqibə 3:5 hesabı ilə uduzub.