“Baku Fire” ən yaxşı oyunlarını pley-offda keçirəcək”

Yüksək Liqanın pley-off mərhələsində “Araz”la (Naxçıvan) qarşılaşacaq “Baku Fire” hazırlığını davam etdirir. Newsport.az xəbər verir ki, əsas mərhələdə əzmkarlığı ilə seçilən paytaxt təmsilçisi mövsümü mükafatçılar sırasında başa vurmaq niyyətindədir.
 
Bunu reallaşdırmaq nə dərəcədə mümkün olacaq, zaman göstərəcək. Amma baş məşqçi Teymur Eyvazov iddialıdır:
 
“Əsas mərhələni qiymətləndirsək, komandamın uğurlu çıxış etdiyini qeyd edə bilərəm. Əksər oyunlarda əzmkarlıq nümayiş etdirdik və bunun nəticəsində də xal və xallar qazandıq. Xüsusilə də qış fasiləsindən sonra kollektivimiz daha inamlı və baxımlı oyun nümayiş etdirdi. Əlbəttə, bunu sona qədər – pley-off mərhələsində də davam etdirə bilsək, mövsümü mükafatçılar sırasında başa vurmağı bacaracağıq. Çempionatı medalla başa vurmağı çox istəyirik.
 
Pley-off mərhələsindəki matçların çempioantdakı duellərdən daha çətin və gərgin keçəcəyini düşünürəm. Yaxşı hazırlaşmaq üçün 5 günlük məşq proqramı hazırlamışıq. Əsas narahat olduğum məqam, futzalçılarımızın yüngül zədəsinin olmasıdır. Ümid edirəm ki, həlledici mərhələnin oyunlarına tam heyətlə çıxmağı bacaracağıq. Rəqiblərimizlə pley-off mərhələsində dəfələrlə üz-üzə gəlmişik, həm biz onları, həm də onlar bizi yaxşı tanıyır. “Baku Fire”in ən yaxşı oyunlarını məhz pley-off mərhələsində nümayiş etdirəcəyini düşünürəm. Məqsədimiz yenə deyirəm, cari çempionatı mükafatçılar sırasında başa vurmaqdır”.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right