Kateqoriya: Futzal | Tarix: 10.04.2022 09:30
Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşan Hüseynli hələ də Rusiya Superliqasında debüt edə bilməyib.
Newsport.az-ın məlumatına görə, ikinci həftədir “Torpedo”nun düşərgəsində olan Hüseynli, rəsmi matça çıxa bilməyib.
Son turda onun komnadası evdə çempionatın lideri “Sinara”ya 5:8 hesabı ilə uduzub.
Rövşənin adı heç sifariş ərizəsinə də daxil edilməyib. Hazırda “Torpedo” çempionatda ikinci pillədə qərarlaşıb.