Futzal komandası Azərbaycan Yüksək Liqasından kənarlaşdırılıb

AFFA İntizam Komitəsi "Xilə" komandasını futzal üzrə Azərbaycan Yüksək Liqasından kənarlaşdırıb.

Newsport.az məlumatına görə, buna komandanın "Ekol"la oyuna vaxtında gedə bilməməsi səbəb olub.

"Xilə" çempionatın təqvim oyununa üzürlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün yarışdan xaric olunub. Komanda çempionatın oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:5 hesabı ilə məğlubiyyət veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right