Lider ilk dəfə xal itirdi

Bu gün Yüksək Liqada XIII turun oyunları keçirildi.

 

Newsport.az xəbər verir ki, ilk matçda EKOL debütant “Alyans”la üz-üzə gəldi. Fasiləyə qədər 3 cavabsız top vuran meydan sahibləri ikinci hissədə də üstünlüyünü davam etdirdi.

 

CBC Sport-la canlı yayımlanan günün ikinci oyununda U-19 və “Neftçi” üz-üzə gəlib. Yığmanın əsas üzvü Xəzər Ağalızadə bu matçda da komandasına kömək edə bilməyib. “Neftçi” isə görüşə tam heyətlə çıxıb. Hesabı qonaqlar açıb. Hasan Ali Jafari komandasına üstünlük qazandırıb. 6-cı dəqiqədə Nazim status-kvonu bərpa etməyə yaxın oldu. Amma top qapı dirəyinə tuş gəldi. Növbəti hücumda “Neftçi” Jafari ilə fərqi artırsa da, 8-ci dəqiqədə Nurlan rəqib torunu silkələdi. Ancaq təcrübəli heyətə malik nominal qonaqlar fasiləyə qədər daha 2 qol vurdu. İkinci hissədə U-19 sükutu pozdu. Məhəmmədin ötürməsini Fariz qapıdan keçirdi. Amma son dəqiqədə Omid Talebi yenidən fərqi 3 topa çatdırdı. Qələbə sayəsində Elşad Quliyevin komandası üçüncü pillədəki yerini möhkəmləndirdi.

 

“Xilə” – “Record club.az” oyununa komandalar məhdud heyətlə çıxmışdı. Əsasən əcnəbilərdən qurulan qonaqlar birinci dəqiqə tamam olmamış hesabı açdı. Sərxanın başladığı “qol yağışı”nı Matin, Amin davam etdirdi. İkinci hissədə də üstünlüyü davam etdirən “Record club.az” böyükhesablı qələbə qazandı. Bu matçda Matin Qahremani 8 qol vurdu.

 

Turun son oyunu maraqlı məcrada başladı. Lider cütün favoriti olsa da, oyuna “Baku Fire” qollarla başladı. Murad və Elvinin qolları intiriqanı artırdı. Son çempionun cavabı 12-ci dəqiqədə gəldi. Maneka fərqi minimuma endirən qola imza atdı. 15-ci dəqiqədə isə Felipinyo qarşısıalınmaz zərbə ilə bərabərliyi təmin etdi. Hissənin sonuna qədər tərəflər hərəyə daha bir qol vurdu. İkinci hissədə meydan sahibləri üstün oynasa da, qapılara qol vurulmadı və “Araz-Naxçıvan” mövsümdə ilk dəfə xal itkisi ilə barışdı.

 

EKOL – Alyans (Lənkəran) (3:0) 4:1

24 fevral. Bakı İdman Sarayı. Saat 12:00

Hakimlər: Hikmət Qafarlı, Xəlil Xəlilov, Nahid Xasıyev

Hakim-inspektor: Azad Hüseynov

Qollar: Əsgər Abasov, 1:59, Mehdi Rəsulov, 6:01, Rüstəm Bağırov, 13:54, Namiq Məmmədkərimov, 24:26 // Farzad Sedighi, 21:11

Sarı vərəqələr: Rüstəm Bağırov, 15:43 // Anar İsayev, 19:32, Emin Kərimov, 21:38

 

EKOL

99. Emin Kürdov (q), 8. Mehdi Rəsulov, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 20. Tofiq Mikayılov, 1. İntiqam Babayev (q), 2. Radik Əhmədov, 9. Əsgər Abasov, 33. Ələsgər Ələsgərli, 17. Rüstəm Bağırov, 44. Orxan Həsənəliyev

Baş məşqçi: Radik Əhmədov

 

Alyans (Lənkəran)

2. Ayaz Amirhossein (q), 15. Anar İsayev (k), 4. Sajjad Amirteimour, 6. Salar Mollazadeh, 8. Farzad Sedighi, 1. Arya Eslami (q), 11. Saeid Azimi, 16. Elşən Mahmudov, 22. Emin Kərimov

Baş məşqçi: Esmael Vakilighazijahani

 

U-19 – Neftçi İK (1:4) 2:5

24 fevral. Bakı İdman Sarayı. Saat 14:15

Hakimlər: Ziya Nəsirov, Ceyhun Hüseynov, Elgün Hüseynov

Hakim-inspektor: Mehman Mahmudov

Qollar: Nurlan Məmmədov, 8:00, Fariz Mehrəliyev, 33:11 // Hasan Ali Jafari, 2:04, 6:11, Vahid Xocayev, 14:04, Oruc Baxşəlizadə, 15:17, Omid Talebi, 39:15

Sarı vərəqə: Nurlan Məmmədov, 6:01

 

U-19

1. Zaur Sultanov (q), 2. Novruz Kazıxanov, 5. Nurlan Məmmədov, 4. Nazim Rəhimov, 3. Fariz Mehrəliyev, 12. Hüseyn Abtalıbov (q), 6. Mirzə Əmirov, 7. Ramazan Atakişiyev, 8. Mikayıl Qiyasov, 9. Şahmar Cəfərli, 10. Şaiq Vəlizadə, 11. Məhəmməd Abbasov, 13. Fuad Məmmədzadə (k), 14. Heydər İsgəndərli

Baş məşqçi: Ağatahir Əzimov

 

Neftçi İK

12. Cavad Məmmədov (q), 3. Oruc Baxşəlizadə, 5. Nurlan Mehdizadə, 10. Rüfət Balakişiyev (k), 11. Hasan Ali Jafari, 1. Anar Məmmədov (q), 23. Elnur Zamanov (q), 4. Fərid Atakişiyev, 7. İlkin Hacıyev, 8. Vahid Xocayev, 9. Oqtay Rüstəmli, 13. Əjdər Əjdərov, 14. İlqar Nuruşov, 77. Omid Talebi

Baş məşqçi: Elşad Quliyev

 

Xilə - Record club.az (1:9) 2:15

24 fevral. Bakı İdman Sarayı. Saat 16:15

Hakimlər: Anar Fərəcov, Mahir Məmmədov, Hüseyn Əsgərov

Hakim-inspektor: Elçin Səmədli

Qollar: Tural Lətifov, 14:22, İmran Məhərrəmov, 39:22 // Sərxan Məstiyev, 0:53, Matin Qahremani, 4:58, 8:09, 13:21, 13:39, 15:56, 31:46, 35:31, 37:50, Amin Daghestani, 5:24, 9:27, Hosseini Hotkani Seyedreza, 11:15, 31:30, Mehdi Karimihachehsoo, 39:06, İmran Məhərrəmov, 39:30 ö/q

Sarı vərəqələr: Tural Lətifov, 12:34, Kənan Bədəlov, 20:32 // Hosseini Hotkani Seyedreza, 25:18

Qırmızı vərəqə: Fərid Mikayılov, 36:05, Tural Lətifov, 39:58 (ikinci sarı)

 

Xilə

72. İmran Məhərrəmov (q), 17. Tural Lətifov (k), 11. Kənan Bədəlov, 6. Elçin Məmmədov, 10. Nihad Ağazadə, 1. Fərid Mikayılov (q)

Baş məşqçi: Tural Lətifov

 

Record club.az

1. Mehdi Karimihachehsoo (q), 7. Matin Qahremani (k), 14. Hosseini Hotkani Seyedreza, 27. Sərxan Məstiyev, 11. Amin Daghestani

Məşqçi: Elvin Ələsgərov

 

Araz-Naxçıvan – Baku Fire (3:3) 3:3

24 fevral. Bakı İdman Sarayı. Saat 18:15

Hakimlər: Nail Nağıyev, Rza Məmmədov, Vüsal Balaşov

Hakim-inspektor: Murad Məmmədov

Qollar: Maneka, 11:18, 19:20, Felipinyo, 14:36 // Murad Quluzadə, 2:45, Elvin Quliyev, 5:39, Tofiq Əliyev, 16:36

Sarı vərəqələr: David Qustavo, 0:09, Felipinyo, 8:12, Xətai Bağırov, 23:26 // Elvin Quliyev, 26:00, Murad Quluzadə, 34:15, Nihad İsmayılov, 35:30

 

Araz-Naxçıvan

12. Rövşən Hüseynli (q), 5. Murilo, 6. David Qustavo, 9. Maneka, 10. Felipinyo, 1. Azər Fərmanov (q), 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev, 18. Fərid Ələkbərov

Baş məşqçi: Joze Alesio Da Silva

 

Baku Fire

12. Kamran Hacıyev (q), 4. Elvin Quliyev (k), 7. Tofiq Əliyev, 10. Nihad İsmayılov, 9. Murad Quluzadə, 1. Samir Mehdiyev (q), 2. Sadiq Əlizadə (q), 77. Elşən İbrahimxəlilov, 11. Rasif Səfiyarov, 18. Novruz Ələkbərov, 22. Elgün Rzayev, 5. İbrahim Zeynalov

Baş məşqçi: Teymur Eyvazov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right