"Zəif milli bu mərhələyə yüksələ bilməz" - Millimizin qapıçısı

“Pandemiya ilə əlaqədar necə ki, final mərhələsinin təşkilat komitəsi əziyyət çəkir, problemlərlə üzləşir, yarışa hazırlaşan komandalar də o cür çətinliklərlə qarşılaşır. Məsələn, Belçika ilə yoldaşlıq oyununa gəldik, amma iki futzalçımızın test nümunələri pozitiv çıxdığına görə, onlar görüşdə iştirak edə bilmədilər. Bu gün isə oyunöncəsi məşqə 2 nəfər azlıqda gəldik. Ümid edirəm ki, hər iki komanda yoldaşımızın PCR testin nəticəsi neqativ olacaq".

Newsport.az-ın məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Emin Kürdov Avropa çempionatında Gürcüstan yığmasına qarşı keçirəcəkləri D qrupunun I tur matçından öncə mətbuat konfransında deyib.

O, daha sonra bildirib: "Belə bir deyim formalaşıb: “hansı komandanın immuniteti güclü olacaqsa, Avropa çempionluğunu onlar bayram edəcək. İnşallah ki, biz daha güclü olarıq.

​Hazırlığımız yaxşı keçir. Baş verənləri bəhanə etmək istəmirik. Çalışırıq ki, olanlar bizə psixoloji olaraq mənfi təsir etməsin. Rəqib güclü komandadır. Zəif milli bu mərhələyə yüksələ bilməz. Heyətlərində təhlükəli futzalçılar var, amma adlarını çəkmək istəmirəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right