Yüksək Liqada V turun oyunları keçirilir

Bu gün futzal üzrə Yüksək Liqada V turun oyunları keçiriləcək.
 
Newsport.az xəbər verir ki, turun bütün oyunları Bakı İdman Sarayında baş tutacaq.
 
Tura “Xilə” – “Alyans” oyunu ilə start veriləcək. Günün digər oyunlarında “Neftçi” İK “Baku Fire” ilə, U-19 millimiz isə “Record”la qarşılaşacaq.
 
V turun EKOL – “Araz” (Naxçıvan) oyunu noyabrın 9-da keçiriləcək.
 
Yüksək Liqa
V tur
29 oktyabr
 
Xilə - Alyans (Lənkəran)
Hakimlər: Knyaz Əmiraslanov, Xəlil Xəlilov, Hüseyn Əsgərov.
Hakim-inspektor: Murad məmmədov.
Bakı İdman Sarayı. Saat 13:30.
 
Neftci İK - Baku Fire
Hakimlər: Ziya Nəsirov, Etibar Həsənov, Mahir Məmmədov.
Hakim-inspektor: Azər Əsgərov.
Bakı İdman Sarayı. Saat 15:30. 
 
U-19 - Record
Hakimlər: Hikmət Qafarlı, Nail Nağıyev, Vüsal Balaşov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 17:30.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right