Kateqoriya: Futzal | Tarix: 06.03.2020 16:39
Futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçiriləcək iki görüş təxirə salınıb. Newsport.az xəbər verir ki, bu barədə federasiyasının rəsmi saytı məlumat yayıb.
Məlumata görə, martın 12-də keçirilməsi nəzərdə tutulan “Neftçi” – “Badamlı” və “Nəqşicahan” – “Baku Fans” oyunu qeyri-müəyyən vaxta təxirə salınıb.
Oyunların keçirilmə tarixi barədə əlavə məlumat veriləcəyi qeyd edilib.