Kateqoriya: Futzal | Tarix: 28.02.2020 13:30
Futzal üzrə yüksək liqanın 15-ci turu çərçivəsində keçirilməli olan “Marafon” – “Araz” oyununun məkanı dəyişdirilib.
Newsport.az xəbər verir ki, qarşılaşma əvvəlcədən elan olunduğu kimi “Olimpik Star”da deyil, Bakı İdman Sarayında keçiriləcək.
Martın 2-də saat 14:00-da keçiriləcək görüş CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
Fevralın 20-də bu komandalar arasında keçirilmiş oyun hakimlərin yanlış qərarı üzündən yarımçıq dayandırılmışdı.