Paşayevli "Aleksandriya"dan qələbə

Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi Ukraynanın “Aleksandriya” klubu Bolqarıstandakı təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi Makedoniyanın “Borets” klubu ilə üz-üzə gəlib.

Qarşılaşmanın taleyini 1 qol həll edib. “Aleksandriya” ilk yarıda təyin olunan penaltidən maksimum yararlanmaqla bu oyundan 1:0 qalib ayrılıb.

Paşayev də bu görüşün iştirakçısı olub. O, fasilədən sonra meydana buraxılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right