"Tvente" bizə tanış komandadır. Zənnimcə, qarşılaşa biləcəyimiz komandalar sırasında ən güclü rəqiblərdəndir. Hazırda çempionat oyunlarını fikirləşirik".
Newspot.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında püşkün nəticəsini dəyərləndirərkən deyib.
Q.Qurbanov rəqibin gücünə şübhə etmədiyini bildirib: "Tvente" ilə oyuna qədər ölkə çempionatında maçlarımız var. Problemlərimiz olsa da, "Tvente"yə qarşı hazırlaşacağıq. Hələlik, rəqib komanda haqda məlumat toplayacağıq. Ötən mövsüm çempionatda 3-cü yeri tutublar. Güclərinə şübhə etmək olmaz. Təbii ki, "Tvente" ilə qarşılaşmalarda da ən yaxşı şəkildə çıxış etməyə çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" 2009/2010 mövsümünün pley-off mərhələsində "Tvente" ilə qarşılaşmışdı. Səfərdə rəqibinə 1:3 hesabı ilə uduzan Ağdam təmsilçisi Bakıda 0:0 bərabərə qalmışdı.