"Partizan"ın baş məşqçisi: "Futbolçularım meydanı "yırtdılar"

"Partizan"ın baş məşqçisi İqor Dulyay Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"ı məğlub edərək pley-offa adlamaları barədə danışıb.

Newsport.az xəbər verir ki, Bakıdakı ilk matçda "Sabah" 2:0 hesablı qələbə qazanıb. Cavab oyununda isə "Partizan" eyni hesabla qalib gəlib. Serbiya təmsilçisi "Sabah"ı penaltilər seriyasında üstələyib və mərhələ adlayıb - 5:4.

Dulyay bu qələbəni belə şərh edib: "Fantastik ab-hava olmasaydı, buna nail ola bilməzdik. Futbolçular meydanı "yırtdılar". İnanırdım ki, biz mərhələni keçəcəyik. Bu, futbolçuların əməyidir. Oyundan əvvəl danışdığım bütün məşqçilərə, Bata Mirkoviçə, Qordan Petriçə təşəkkür edirəm... Bu həm də sizin qələbənizdir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right