Şenol Güneş: "Neftçi" yaxşı komandadır"

"Beşiktaş" Avropa Konfrans Liqası III təsnifat mərhələsinin cavab oyununda doğma meydanda "Neftçi"ni 2:1 hesabı ilə məğlub edərək pley-offa yüksəlib.

Newsport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında İstanbul təmsilçisinin baş məşqçisi Şenol Güneş jurnalistlərin suallarını cavablandırıb:

- Məğlub durumdaydıq, amma  qələbə qazandıq. Rəqibin yaxşı oyunçuları var. Bakıda 75 dəqiqə oyuna hakim idik. Rəqibə qol epizodları verməmişdik, sonradan verdik. Burada da yaxşı idik, amma epizod alındıra bilmirdik. Az epizodumuz oldu. "Neftçi" irəli gəldi və qol vurdu. İkinci hissə tamamilə oyuna hakim idik. Daha çox qol vura bilərdik. "Neftçi"yə imkan versən, daha yaxşı oynayır. Onlara uğurlar arzulayıram. Daha da güclü olacaqlarını düşünürəm. Bəzi futbolçularımız istənilən səviyyədə deyillər. "Dinamo"ya qarşı tam fərqli olacaq. Ümidvaram ki, onları udub mərhələni keçərik. Rəqiblə güc və səviyyə fərqi var idi. Amma "Neftçi" də yaxşı komandadır.

- Bu mövsüm beşinci rəsmi matçda ilk dəfə geriyə düşdüz. Amma qalib gəldiniz... 

- Bunları yaşayacağıq. Komanda olaraq hücum və müdafiəni yaxşı etməliyik. Hücumda oynayırdıq, rəqibi öz meydançasından çıxarmamaq yaxşı idi. Amma daha çox epizod yaratmalıydıq. Onlara imkan verməməliydik, asan qol buraxdıq. Dəyişikliklər səviyyə fərqini ortaya qoydu. Muleka daha çətin epizodda qol vurdu. Halbuki, rahat epizodları vura bilmirdi. İkinci yarıda daha fərqli oynadı. Sadəcə ikinci hissədə bəzi oyunçular lazımsız asmalar etdi. Bizə 2:1 bəs etdi.

- Hesab 0:1 olanda, "Neftçi" ikinci qolu vursaydı eyni dəyişikliyi edəcəkdiz? 

- Fərqi yoxdur, 3:0 da olsa, yenə də dəyişiklik edəcəkdik. Bəlkə önə keçsəydik, başqa oyunçuları oynadardıq. Əvəzetmələrdən meydana daxil olan futbolçu oyunun keyfiyyətimi artırmalıdır. Bizdə də belə oldu.

- "Neftçi"nin heyətində hansı oyunçu "Beşiktaş"da oynaya bilər? 

- Ozobiç yaxşıdır. Amma bu gün gözləntilərini vermədi. Lebon, Sayef də yaxşıdır. Emin Mahmudov da həmçinin. Heyətdə istedadlı oyunçular var. Amma anlaşma və fiziki durum yaxşı olarsa, komanda yaxşı görünəcək. Bizdə bahalı oyunçular var. Bildiyimə görə, Azərbaycanda futbolçulara çox pullar verilmir. Biz istəyəndə daha çox pul istəyəcəklər.

- "Sabah", yoxsa "Neftçi" daha yaxşı komanda idi? 

- "Sabah"la dostluq matçı keçirdik. "Qarabağ"ı təbrik edirəm. Qurban Qurbanov dostumdur. Üç komanda da iddialı idi. "Sabah" da yaxşı komandadır. Azərbaycanda istedadlı futbolçular var. Anlaşma yaxşı olarsa, daha yaxşı olacaq. "Neftçi"nin yatırım edir. "Qarabağ"ı izləmişdim, bəyənmişdim. "Sabah" da son dönəmlərdə çıxdı. Bu, milliyə necə yansıyacaq, bilmirəm. Legioner çox olarsa, milli zəif qala bilər. Bilmirəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right