"Partizan"ın legioneri: "Sabah"la matç bizim üçün çox önəmlidir"

"Partizan"ın kurasaolu futbolçusu Ksander Severina Serbiya çempionatında "Radniçki" üzərində qazanılan qələbəni (2:1) şərh edərkən Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah"a qarşı keçiriləcək cavab oyununa da toxunub.

Newsport.az xəbər verir ki, "Informer"ə danışan Belqrad klubunun 22 yaşlı futbolçusu "Sabah"la matçın onlar üçün vacib olduğunu deyib:

"Buraxdığımız qoldan sonra ayıldıq və oynamağa başladıq. "Sabah"la matça “Radniçki" ilə görüşlə müqayisədə daha yaxşı başlamalıyıq. Daha dəqiq desəm, "Radniçki" ilə görüşün ikinci yarısındakı kimi, eynən "Sabah"a qarşı oynamalıyıq. Çünki bu matç bizim üçün çox önəmlidir".

Qeyd edək ki, "Partizan" - "Sabah" görüşü avqustun 17-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right