"Neftçi"nin oyununun biletləri 197 manata

Avropa Konfrans Liqası III təsnifat mərhələsinin "Beşikatş" - "Neftçi" matçının biletləri satışa çıxıb.

Newsport.az-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Biletlərin qiyməti 500 TL ilə (31 manat) 3150 TL (197 manat) arasında dəyişir.

"Beşiktaş"- "Neftçi" qarşılaşması 17 avqust tarixində Bakı vaxtilə saat 22:00-da baş tutacaq. Komandalar arasında Bakıda baş tutan ilk görüş türklərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right