Klublarımızın Konfrans Liqasındakı cavab oyunlarına hakim təyinatları

"Sabah" və "Neftçi"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki,  "Partizan" - "Sabah" görüşünü Polşa Futbol Federasiyasından Bartoş Frankovski  idarə edəcək. Yan xətdə ona Marçin Boniek və Yakub Vinkler köməklik göstərəcəklər. Matçın 4-cü hakimi Patrik Qriçkeviç təyin olunub.

"Beşiktaş" - "Neftçi"  baş hakimi Avstriya Futbol Federasiyasından Julian Veynberger olacaq.  Ona  Andreas Vitsxniqq və Sara Telek kömək edəcək. Stefan Ebnar isə 4-cü hakim funksiyasını yerinə yetirəcək. 

Qeyd edək ki, avqustun 17-i keçiriləcək "Neftçi" - "Beşiktaş" matçı Bakı vaxtı ilə saat 21:00-da, "Partizan" - "Sabah" görüşü saat 23:00-da başlayacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right