"Partizan"ın qapıçısı: "Cavab matçında "Sabah"a ilk 20 dəqiqəyə qol vursaq, mübarizəyə qayıdacağıq"

Serbiyanın “Partizan” klubunun qapıçısı Aleksandr Yovanoviç Konfrans Liqasının III təsnifat mərhələsinin ilk “Sabah”a qarşı keçirilmiş ilk oyunu haqda danışıb.

Newsport.az-ın məlumatına görə, Serbiyanın “Zurnal” qəzetinə danışan qolkiper Masazırda məğlubiyyəti (0:2) şərh edib:

"Hələ də növbəti mərhələyə yüksələcəyimizə inanıram. Cavab matçında "Sabah"a ilk 20 dəqiqəyə qol vursaq, mübarizəyə qayıdacağıq. Çox təəssüf ki, ikinci topu əldən verdik. Belə görüşlərdə 0:2 hesabı ilə uduzmaqdansa, 0:1 hesabı ilə məğlub olmaq daha yaxşıdır. Səbəb axtarmaq istəmirəm, amma həqiqətən çox isti idi. İnsanlar belə oyunda iki saat mübarizə aparmağın necə çətin olduğunu bilmirlər. Belə istidə mən ancaq Kiprdə oynamışam".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right