"Bütün cəhdlərimizi etdik” - Ataa Caber

"İlk hissə ilə müqayisədə ikinci hissədə daha yaxşı oynadıq. Uğur qazanmaq üçün hər şeyimizi verdik, bütün cəhdlərimizi etdik”. 

Newsport.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin üzvü Ataa Caber Konfrans Liqasının 3-cü mərhələsinin ilk matçında “Beşiktaş”a 1:3 hesabı ilə uduzduqları görüş barədə danışarkən deyib. 

O, daha qol vurmalı olduqlarını bildirib: “Düşünürəm ki, əlimizdə olan şansları qiymətləndirə bilmədik. Oyunun nəticəsini nisbətən daha yaxşı edə bilərdik. Təəssüf ki, bu dəfə alınmadı. Lakin səfərdəki görüşdə daha yaxşı nəticə qazanmağa çalışacağıq”. 

A.Caber ikinci hissədə daha yaxşı görünmələrinin səbəbini belə izah edib: “Deməzdim ki, birinci hissə tam pis idi. Sadəcə ilk hissədə oyunu arxadan başlayırdıq. Fasilədən sonra dəyişikliklər etdik. Daha təcrübəli oyunçuların meydana daxil olmaları ilə təzyiq yarada bildik. İkinci hissədə rəqibdən top ala bilirdik və daha rahat oyun sərgiləyirdik. İkinci hissədə "Beşiktaş"ı təzyiq altında saxlaya bildik”. 

Futbolçu cavab görüşündə daha çox qol vurmalı olduqlarını xatırladıb: “Əlbəttə, bu qol kifayət deyil. Cavab matçında ikidən artıq qol vurmalıyıq. Türkiyədəki oyuna hazırlaşacağıq. Ölkə çempionatındakı oyunumuzdan sonra yalnız cavab matçına köklənərək səfərdə qələbə qazanmaq üçün çalışacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right