"Sabah" - "Partizan" matçına satılan biletlərin sayı açıqlandı

“Sabah”ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Partizan”la bu gün keçirəcəyi oyunun bilet satışı davam edir. 

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, matça artıq 5000 bilet satılıb.

Azarkeşlər görüşün keçiriləcəyi “Bank Respublika Arena”nın kassasından, həmçinin, “İticket”in satış məntəqələrindən və onlayn saytından bilet ala bilərlər.

Qeyd edək ki, “Sabah” – “Partizan” oyunu saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right