Türkiyə mətbuatı: "Beşiktaş"ın yeni transferi "Neftçi" matçına start heyətində çıxmayacaq

Türkiyənin “Beşiktaş” klubunun yayda əsas transferlərindən olan xorvatiyalı futbolçu Ante Rebiç bu gün Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin “Neftçi” ilə ilk oyununa start heyətində çıxmayacaq.

Newsport.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, xorvatiyalı “Neftçi” ilə görüşə ehtiyat oyunçular skamyasında başlayacaq.

Türkiyə mətbuatının iddiasına əsasən, “qara qartallar”ın baş məşqçisi Şenol Güneş "Milan"dan transfer edilmiş futbolçuya ikinci hissədə şans verəcək.

“Neftçi" - "Beşiktaş" matçı bu gün Bakıdakı "Neftçi Arena" stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right