"Neftçi" yeni transferini iştirak ərizəsinə əlavə etdi

“Neftçi” yeni transferi Aaron Olanarenin adını Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Beşiktaş”la oyunlar üçün iştirak ərizəsinə  əlavə edib.

Newsport.az xəbər verir ki,  UEFA-nın rəsmi saytının oyunla bağlı proqramında nigeriyalı oyunçunun adı hücumçular sırasında yer alıb.

Qeyd edək ki, "Neftçi" dünən A.Olanare ilə 1 illik müqavilə imzalayıb. 29 yaşlı futbolçu paytaxt təmsilçisinin heyətində 25 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, bu gün keçiriləcək "Neftçi" - "Beşiktaş" görüşü saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right