"Partizan"ın futbolçusu: "Sabah"ın təhlükəli oyunçuları var"

"Azarkeşlər kimi hamımız qələbə və növbəti mərhələyə yüksəlməyi gözləyirik. Lakin hər zaman olduğu kimi oyuna mümkün qədər hazırlaşmalıyıq. Komandanı təhlil edəcəyik və planlaşdırdığımıza nail olmaq üçün əlimizdən gələni edək”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Serbiya "Partizan"ın futbolçusu Svetozar Markoviç Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"la ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, "Sabah"ın yaxşı komanda olduğunu vurğulayıb: "Onlarda hücum bir az fərqlənir, yarımmüdafiə və sol cinahları yaxşıdır. Digər oyunçuları da təhlükəlidir. Biz oyuna maksimum köklənməliyik".

Qeyd edək ki, bu gün keçiriləcək "Sabah" - "Partizan" görüşü saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right