"Jelezniçar"ın baş məşqçisi: "Neftçi" cütün favoritidir"

Bosniya və Herseqovinanın "Jelezniçar" klubu Avropa Konfrans Liqası II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Neftçi"nin qonağı olacaq.

Newsport.az xəbər verir ki, matçdan öncə təşkil olunan mətbuat konfransında Sarayevo təmsilçisinin baş məşqçisi Nermin Başiç jurnalistlərin suallarını cavablandırıb:

- Bizi öz futbol mərkəzində qonaq etdiyi üçün "Neftçi"yə təşəkkür edirəm. Bəzi problemlərimiz var idi. 6-7 oyunçumuz zədəlidir. Bir neçə gün ərzində bu problemləri aradan qaldırmağa çalışdıq. "Neftçi" böyük komandadır. Onlar cütün favoritidir. Bilirik ki, matç üçün bütün biletlər satılıb. Bütün Bosniya və Herseqovina bizə dəstəkdir. Çalışacağıq ki, növbəti mərhələyə vəsiqə qazanaq. İlk matç bizim üçün yaxşı oldu. Bəzi şeyləri təhlil etdik. "Neftçi"nin günü-gündən gücləndiyini bilirik. Onları təhlil edirik. Rəqibə qarşı hazırlıqlı olacağıq. "Neftçi" büdcə olaraq bizdən qat-qat üstündür. Amma m n oyunçularıma inanıram. Onları növbəti matçlar üçün kökləyirəm.

- Havanın temperaturu oyununuza təsir edəcək?

- Qlobal istiləşmə hər yerdə var. Bakıda da, Sarayevoda da temperatur eynidir. Bunun oyuna təsir edəcəyini düşünmürəm.

- İlk matçda futbolçularınız tempi öldürməyə çalışırdı. Sabah da belə edəcəksiz?

- Bosniya və Herseqovina çempionatında dinamika Avropadan daha yüksəkdir. Biz sadəcə üç yoldaşlıq oyunu keçirə bilmişdik. Uzun məsafələr də bizi yorurdu. Sabah daha dinamik "Jelezniçar" görəcəksiz. Bəzi itkilərimiz oldu. 7 əsas oyunçumuzu itirmişik. Buna görə də son 20 dəqiqədə aşağı tempdə oynadıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right