"Jelezniçar" "Neftçi" ilə matça itkilərlə çıxacaq

"Jelezniçar"ın daha bir futbolçusu Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə cavab oyununu buraxacaq.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi Semir Ştiliç zədə səbəbindən meydana çıxa bilməyəcək. 35 yaşlı oyunçu ilk matçı da buraxmışdı.

Müdafiəçi Amar Drina cəzalı durumda olduğu üçün "Neftçi" ilə cavab oyununda iştirak etməyəcək. Digər zədəlilər İrfan Yaşareviç və Cozef Amoanın oynayıb-oynamayacağı isə sual altındadır.

Qeyd edək ki, "Neftçi" - "Jelezniçar" qarşılaşması avqustun 3-ü saat 21:00-da "Bakcell Arena"da baş tutacaq. Bu komandalar arasında Bosniya və Herseqovinada keçirilən ilk matç 2:2 hesabı ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right