"Ola bilsin ki, erkən qol vuraq və "Sabah" panikaya düşsün" Roberts Savalnieks

Latviyanın RFS klubunun müdafiəçisi Roberts Savalnieks Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Yurmalada "Sabah" məğlubiyyəti (0:2) şərh edib.

Newsport.az-ın məlumatına görə, “Sportacentrs.com”a açıqlama verən latviyalı cavab matçında uğurlu nəticəyə ümid etdiklərini bildirib:

"Açıq-aşkar epizodları reallaşdırmaqda çətinlik çəkdik. O qədər şans yaratdıq ki... Bilmirəm nəyi səhv etdik, amma top qapıya girmək istəmədi. Künc zərbələrindən yaxşı ötürmələr olurdu, qol epizodları yaradırdıq, amma top cərimə meydançasından geri dönürdü, bütün bunları qola çevirə bilmədik. Bu qədər künc zərbələrindən qol vura bilmədikdə, motivasiyadan düşürsən, “Sabah” müdafiədə də yaxşı oynadı. Hər kəs bizi standart vəziyyətlərə görə təhlükəli komanda adlandırır. Düşünürəm ki, onlar buna əvvəlcədən hazırlaşmışdılar və yaxşı iş gördülər. Amma buna baxmayaraq, qolumuzu vurmalı idik.

Tablodakı nəticə layiq olduğumuz deyildi. Amma dəhşətli heç nə baş verməyib. Cavab matçımız var. Əlimizdən gələni edəcəyik. Təbii ki, inam var, tamamilə yeni bir oyun olacaq. Ola bilsin ki, erkən qol vuraq və “Sabah” panikaya düşsün. Ardınca isə növbəti qolumuzu vuraq və hər şey yenidən başlasın. Hesaba baxsanız, yəqin ki, "Sabah" aşkar favorit kimi görünə bilər. Amma matçın bəzi epizodlarında daha yaxşı görünürdük və düşünürəm ki, mütləq qalib gələ bilərik. Oyunun tempi və hər şey təxminən Riqa derbisinin səviyyəsinə uyğun gəlirdi".

30 yaşlı yarımmüdafiəçi "Sabah"ın müdafiəçisi Boyan Letiçin qarşısını almaq üçün xüsusi hazırlaşdıqlarını bildirib: 

"Sabah" çox pressinq edən komandadır. Bir neçə dəfə təzyiqdən çıxmaq istəyirdik ki, bir daha bunu etməsinlər. Birinci hissədə cinahlardan çox istifadə etdik, bu da işə yaradı. Çoxlu ötürmələr oldu, amma təəssüf ki, kifayət etmədi. Matçdan əvvəl Boyan Letiçin oyununu təhlil etmişdik. Demək olar ki, müdafiəçi kimi yox, hücumameyilli futbolçu kimi oynayır. Biz onu hər dəfə “bağlamalı”ydıq. Kimin hansı anda bunu edəcəyini işləmişdik. Düşünürəm ki, prinsipcə, biz bunun öhdəsindən gəldik. Yalnız bir neçə epizodda onu qaçırdıq. Məncə, digər matçlarda daha təhlükəli olurdu".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right