"Neftçi"nin çalışdırıcısı: "Fiorentina"nın baş məşqçisi olmaq istəyərdim"

"Neftçi"nin baş məşqçisi Adrian Mutu Rusiya mətbuatına açıqlama verib.

Newsport.az xəbər verir ki, "Спорт-Экспресс"ə danışan rumıniyalı mütəxəssis hansı komandanı çalışdırmaq istəməsini bildirib:

"Nə vaxtsa "Fiorentina"nın baş məşqçisi olmaq istəyərdim. Çünki bu klubu çox sevirəm. Amma hazırda bütün konsentrasiyam "Neftçi"yə yönəlib. 100 faiz gücümü bura yönəltməli və qarşıma qoyulan vəzifələri yerinə yetirməliyəm. Qarşımızda Azərbaycan Premyer Liqasını və ölkə kubokunu qazanmaq məqsədi qoyulub".

44 yaşlı mütəxəssis 2006-2011-ci illərdə "Fiorentina"nın futbolçusu olub. "Neftçi" onunla 2 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right