"Jelezniçar" "Neftçi" ilə matçda onların xidmətindən istifadə edə bilməyəcək

Bosniya və Herseqovinanın "Jelezniçar" klubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin Bakıda "Neftçi"yə qarşı keçiriləcək cavab oyununda (ilk oyun - 2:2) bir neçə futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.

Newsport.az “Oslobođenje” portalına istinadən xəbər verir ki, Amar Drina cəzalı olduğu üçün oyuna çıxmayacaq.

Həmçinin Edin Kokaliç, Edin Rustemoviç və Semir Ştiliçin zədə səbəbindən Bakıdakı görüşü buraxacağı gözlənilir. İlk oyunda zədə səbəbindən əvəzlənən İrfan Yaşareviç və Cozef Amoanın iştirakı isə sual altındadır.

"Neftçi" - "Jelezniçar" matçı avqustun 3-də “8 km stadionu”nda keçiriləcək və saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right