"Jelezniçar"ın baş məşqçisi: "Komandamla fəxr edirəm"

"Son dəqiqələrdə buraxılan qola görə bir az məyus oldum. Azarkeşlərə təşəkkür etmək istəyirəm. Məncə, biz rəqabətədavamlı idik. Avropada hücuma dözməyi öyrənməlisən. Komandamla  fəxr edirəm. Dəyəri 10 milyon avrodan çox olan rəqibə qarşı mübarizə apardıq. Oyuna yaxşı hazırlamışdıq, ancaq  beş oyunçumuz yox idi. Daha bir neçəsi zədə səbəbindən sıradan çıxıb".

Newsport.az xəbər verir ki, bu sözləri  "Jelezniçar"ın baş məşqçisi Nermin Başiç  Konfrans Liqasının 2-ci təsnifat mərhələsində evdə "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri  ilk oyunundan sonra mətbuat konfransında deyib.

“Avropada üç oyun keçirib, uduzmamaq və altı qol vurmaq kiçik bir şey deyil. Düşünürəm ki, bu komanda həqiqətən də əlindən gələni etdi. Azarkeşlər fəxr etməlidirlər. Bizə hələ çox çalışmaq lazımdır” - deyə o bildirib.

Mütəxəssis daha sonra söyləyib: “Əgər Mutu topa sahib olduqları üçün daha yaxşı olduqlarını düşünürsə, onu təbrik edirəm. Amma "Atletiko" da topa çox sahib deyil, amma kubok qazandılar".

N.Başiç "Neftçi"nin güclü komanda olduğunu vurğulayıb: "Rəqib oyunçuları yaxşı bağladıq. Sadəcə, son dəqiqələrdə bir az risk etdik. Hakim oynamağa icazə verdiyi üçün temp yüksək idi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right