Elçin Məsiyev Konfrans Liqasının oyununu idarə etdi

Azərbaycanın FIFA referisi Elçin Məsiyev  Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ÇFR (Rumıniya) - "Adana Demirspor" (Türkiyə) ilk oyununu idarə edib.

Newsport.az xəbər verir ki, matç 1:1 hesabı ilə başa çatıb.

Məsiyev həm meydan sahiblərinin 3, həm də qonaq komandadan 3 futbolçusuna sarı vərəqə göstərib.

Qeyd edək ki, E.Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərib. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirib.

27 iyul

ÇFR (Rumıniya) - "Adana Demirspor" (Türkiyə) - 1:1
Qolar:
 Sançes, 6 (1:0), Stambouli, 77 (1:1)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right