Musa oynadı, komandası uduzdu

Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsi oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, İsveç təmsilçisi ilk matç çərçivəsində "Lütsern"i (İsveçrə) qəbul edib. Görüş "Lütsern"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Musa Qurbanlı da bu oyunda iştirak edib. O, start heyətində meydana çıxıb və 63-cü dəqiqədə Joel Asoro ilə əvəzlənib. 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 3-ü keçiriləcək.

"Yurqorden" (İsveç) - "Lütsern" (İsveçrə) - 1:2

Qollar: Yesper Lufqren, 5 - Kemal Ademi, 29, Yakub Kadak, 82





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right