"Cavab matçında daha yaxşı "Omoniya" görə biləcəksiz"

"Komandamı qələbə münasibəti ilə təbrik edirəm. İlk hissədə çoxlu səhvlərimiz oldu. Bunlardan dərs çıxardıq. İki rahat qol buraxdıq. Buna baxmayaraq yaxşı reaksiya verdik. Növbəti oyunun hazırlığına başlamalıyıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri “Omoniya”nın baş məşqçisi Sofronis Avqusti Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Qəbələ" ilə (2:3) ilk görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Kiprli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- "Qəbələ" sizi nə ilə təəccübləndirdi?

- Bu cür oyun olacağını gözləmirdik. "Qəbələ" öz oyun fəlsəfəsinə sadiq qaldı. Rəqib əks-hücumlarda çox yaxşı təsir bağışladı. İlk qolda da bunu görə bilərsiniz.

- Fasilədə nələri dəyişdiz?

- Nəticəyə görə çox xoşbəxtik. İkinci qolu vurduqdan sonra gördük ki, daha çoxunu vura bilərik. Belə də oldu. Komandam çox cəhd elədi. Bu, bizim üçün önəmli qələbə idi. Cavab matçında fanatlarımızın dəstəyini gözləyirik.

- "Qəbələ" bü gün daha üstün oynadı. Cavab görüşündə də eyni üsluba üstünlük verəcəksiz?

- İkinci hissədə biz daha yaxşı idik. "Qəbələ"nin isə ilk hissədə daha çox şansları oldu. Cavab matçında daha yaxşı "Omoniya" görə biləcəksiz.

- Standart vəziyyətlərdən iki qol vurdunuz. Keçən mövsüm bunları görmürdük. Bu mövsüm standart vəziyyətlərin üzərində çox işləyirsiz?

- Standard vəziyyətlər komandaya kömək etməyin bir yoludur. Əsasən də çətin anlarda bu cür vəziyyətlər işimizə yarayır. Roman Bezus cərimə zərbəsindən iki qol vurdu. Bu, onun keyfiyyətini göstərir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right