RFS-in baş məşqçisi: "Sabah"dan pis olmadığımızı göstərdik"

Latviyanın RFS klubunun baş məşqçisi Viktor Moroz Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Sabah”a məğlubiyyəti (0:2) şərh edib.

Newsport.az xəbər verir ki, latviyalı mütəxəssis ilk oyundakı məğlubiyyətə baxmayaraq şanslarının qaldığını söyləyib:

"Matç haqda danışmaq çətindir. Çünki hadisələr çox oldu, amma hesab edirəm ki, nəticə o qədər də yaxşı deyildi. Çoxlu qol imkanları yaratdıq, istifadə edə bilmədik. "Sabah" yaradılan üç qol epizodundan ikisindən istifadə etdi. Futbolda belə hallar baş verir. Rəqib əks-hücumlarda virtuozdur, çox sürətlidir. Çətinliklərimiz oldu. Təəssüf ki, qol vura bilmədik, amma əminəm ki, hələ heç nə bitməyib. Biz Azərbaycana qələbə uğrunda döyüşməyə gedirik. "Sabah"dan pis olmadığımızı göstərdik. Məncə şansımız qalıb. Çətin olacaq, amma səhvlərimizdən düzgün nəticə çıxarsaq yaxşı olacaq".

Xatırladaq ki, "Sabah"-  RFS görüşü avqustun 3-də "Bank Respublika Arena"da keçiriləcək və 20:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right