"Jelezniçar" "Neftçi" ilə oyunöncəsi çətin durumda

"Jelezniçar" Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Neftçi" ilə ilk oyununa itkilərlə çıxacaq.

Newsport.az-ın məlumatına görə, Sarayevo təmsilçisinin beş futbolçusu matçı buraxa bilər.

Semir Ştiliç, Edin Rustemoviç zədəli olduqları üçün meydana çıxmayacaqlar. İrfan Yaşareviç, Edin Kokaliç və Hamza Hasalının oynaması da sual altındadır. Adıçəkilən futbolçuların hər biri "Jelezniçar"ın əsas heyət üzvləridir.

"Jelezniçar" - "Neftçi" matçı bu gün Sarayevoda keçiriləcək və saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right