"Qəbələ"nin oyununa biletlər tükənir

"Qəbələ" Avropa Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Omoniya"nı qəbul edir.

Newsport.az-ın məlumatına görə, Kipr klubu ilə qarşılaşmaya bilet satışı davam edir. Saytımıza verilən məlumata görə, bu ana kimi satışa çıxarılan 1700 biletdən 1400-ü artıq satılıb. 300 bilet isə sahibini gözləyir.

Qeyd edək ki, "Qəbələ" - "Omoniya" matçı bu gün saat 20:00-da Qəbələ Şəhər Stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right