"Neftçi" "Jelezniçar"la heç-heçə etdi Yenilənib

Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, bu gün Azərbaycan təmsilçilərindən "Neftçi" də mübarizəyə başlayacaq.

"Ağ-qaralar" səfərdə "Jelezniçar"la qarşılaşacaq. Bosniya və Herseqovina klubu 1-ci təsnifat mərhələsində Minsk "Dinamo"sunu (2:2, 2:1) mübarizədən kənarlaşdırıb.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüş həm də "Neftçi"nin yeni baş məşqçisi Adrian Mutunun komandada rəsmi debütü olacaq.

Qeyd edək ki, "Neftçi" ilə "Jelezniçar" arasında cavab oyunu avqustun 3-də Bakıda keçiriləcək.

27 iyul

Konfrans Liqası

2-ci təsnifat mərhələsinin ilk oyunu

23:00. "Jelezniçar" (Bosniya və Herseqovina) - "Neftçi" (Azərbaycan) 2:2

Qollar: Haraçiç, 12 (1:0), Keelan Lebon, 42 (1:1), Yosep Amoa, 45+10 (2:1), Rəhman Hacıyev, 90+5 (2:2)

Baş hakim: Yuri Frişer (Estoniya).
Sarayevo, Qrbavica stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right