Omar Hanni: "Omoniya"nı yaxşı tanıyıram, böyük klubdur"

"Mövsümdəki birinci oyunumuzu oynayacağıq. Biz oyuna hazırıq. Ötən mövsüm mübarizə aparırdıq ki, məhz indi Konfrans Liqasında oynayaq. Ona görə ciddi hazırlaşmışıq. Türkiyədə üç yoxlama oyunu keçirmişik. Sevindirici hal odur ki, zədəli futbolçumuz yoxdur".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin yarımmüdafiəçisi Omar Hanni deyib. İordaniyalı futbolçu sabah Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Omoniya"ya qarşı keçiriləcək matçı haqda danışıb. 

- Ötən mövsümlə müqayisədə hazırda heyətdə çoxlu dəyişikliklər var...

Ötən mövsüm yaxşı komandamız var idi. Onların çox hissəsi komandanı tərk etdi. Amma yenə keyfiyyətli oyunçular gətirmişik. İnanıram ki, ən azından keçən ilki qədər yaxşı komandamız olacaq. 

- Öz performansın haqda nə düşünürsən? Toplanışda da yaxşı görünürdün...

- Mən gənc futbolçuyam. Uzun müddət futbol oynamaq istəyirəm. Keçmişə baxıb səhvlərim üzərində çalışıram. Bu il çox yaxşı olacağıma inanıram. Bunun üçün yaxşı məşq edirəm.

- Sabah üz-üzə gələcəyiniz "Omoniya" haqda hansı fikirdəsən?

- "Omoniya"nı yaxşı tanıyıram. Bu, böyük və yaxşı klubdur. Özü də, yaxşı futbolçuları var. Amma biz də sabahkı oyuna çox yaxşı hazırlaşmışıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right