"Sabah"ın məşqçiləri Latviyaya buraxıldı

Konfrans Liqasnın 2-ci təsnifat mərhələsində RFŞ ilə qarşılaşacaq "Sabah"ın baş məşqçisi Murad Musayev və komandanın rusiyalı digər məşqçilərinin Latviyaya girişində problem yaranmayıb.

Newsport.az xəbər verir ki, artıq məşqçilər korpusu da komanda ilə birgə Latviyadadır.

Qeyd edək ki, “Sabah” baş məşqçisi və məşqçi heyətinin şengen vizası olmadığı üçün Latviyaya buraxılmamaq ehtimalını nəzərə alaraq matçın başqa ölkədə keçirilməsi ilə bağlı UEFA-ya müraciət etmişdi.

Xatırladaq ki, sabah keçiriləcək  RFŞ – “Sabah” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right