Əvvəlcə Baxşıyev, sonra Avqusti

“Qəbələ” iyulun 27-də UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Kiprin “Omoniya” komandasını qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Omoniya” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl – iyulun 26-da arenanın media zalında təşkil olunacaq. 

İlk olaraq saat 18:00-da jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev çıxacaq. Saat 19:00-da isə “Omoniya”nın baş məşqçisi Sofronios Avqusti media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların ilk 15 dəqiqəsi açıq olan oyunöncəsi son məşqi də Qəbələ şəhər stadionunda baş tutacaq. “Qırmızı-qaralar” saat 18:30-da, qonaqlar isə 20:00-da məşqə çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right