"Qəbələ" "Omoniya" ilə matçlar üçün yekun heyəti UEFA-ya təqdim etdi

"Qəbələ" Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Omoniya" ilə oyunları üçün yekun heyətini UEFA-ya təqdim edib. 

Newsport.az-ın məlumatına görə, Elmar Baxşıyev 22 futbolçunun xidmətinə ehtiyac duyub:

Qapıçılar: Kristof Atanqana, Elməddin Sultanov;

Müdafiəçilər: İlkin Qırtımov, Zurab Oçiqava, Lukas Afriko, Rauf Hüseynli, Nicat Əliyev, Murad Musayev, Hüseyn Mürsəlov, Ürfan Abbasov;

Yarımmüdafiəçilər: Firas Abu-Akel, Gilad Abramov, Emil Səfərov, Asif Məmmədov, Mehrac Baxşəli, Bilel Auaşeria, Ahmed Ayzaya;

Hücumçular: Ayyub Allaş, Ömər Hani, Ülvi İskəndərov, Yaovi Akakpo, Osama Halayla.

Xatırladaq ki, “Qəbələ” – “Omoniya” arasında ilk oyun iyulun 27-də Qəbələ şəhər stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq. Cavab oyunu avqustun 3-də Nikosiyadakı GSP stadionunda baş tutacaq və oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right