"Neftçi" "Jelezniçar"la matçın hazırlığına başladı

“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir. Rusiyadakı təlim-məşq toplanışını başa vuran flaqman iki günlük fasilədən sonra məşqləri bərpa edib.

Newsport.az-ın məlumatına görə, “ağ-qaralar” bu gün Bakı Olimpiya Stadionunda məşqə çıxıb. Zədəli Emil Balayevdən başqa bütün futbolçuların iştirak etdiyi məşqdə əsasən toplu çalışmalar icra olunub.

“Neftçi” UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-ü saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right