"Neftçi" və "Sabah"ın rəqibləri müəyyənləşir

Bu gün Konfrans Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, Azərbaycan klublarının 2-c mərhələdəki potensial rəqibləri cavab matçlarına çıxacaqlar.

"Sabah"ın mümkün rəqiblərindən olan Latviya RFŞ-i Şimali Makedoniya təmsilçisi "Makedoniya"nı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Latviyadakı ilk oyunda meydan sahibləri qələbə qazanıb - 1:0. Cütün qalibi növbəti mərhələdə "Sabah"la qarşılaşacaq.

"Neftçi"nin potensial rəqibləri olan Belarusun "Dinamo"si (Minsk) isə Bosniya və Herseqovina "Jelezniçar"ı ilə üz-üzə gələcək. Görüş UEFA-nın qərarına əsasən, Bakıda "Azersun Arena"da oynanılacaq  və saat 21:00-da başlayacaq. İlk matç bərabərliklə yekunlaşıb - 2:2. Cütün qalibi 2-ci mərhələdə"Neftçi" ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right